Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Qarabağla bağlı müşavirə keçirdi



Newscenter.az.10.01.2021. Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.

“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib.

Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib” deyə, məlumatda qeyd olunub.
Xəbəri paylaş