Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının görüşü keçirilib



Newscenter.az.13.01.2021. İslamabadda Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirləri - Ceyhun Bayramov, Mahdum Şah Mahmud Qureşi, Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.

Görüşdə dünya və regional məsələlər, o cümlədən regionda sülhə və təhlükəsizliyə qarşı təhdidlər, həmçinin koronavirus pandemiyası, ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri kimi məsələləri müzakirə edilib.

Xatırladaq ki, adıçəkilən formatda xarici işlər nazirlərinin ilk görüşü 2017-ci ilin noyabr ayında Bakıda keçirilmişdi.
Xəbəri paylaş