Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azerspace-1”dən yayımlanan telekanallar siyahısına yeni türk və qırğız kanalları əlavə olunub

“Azerspace-1”dən yayımlanan telekanallar siyahısına yeni türk və qırğız kanalları əlavə olunub


Newscenter.az.19.01.2021. “Azərkosmos” və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb.

“Azərkosmos”dan verilən məlumata görə, müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır.

Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.
Xəbəri paylaş