ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq

20-01-2021, 16:57



Newscenter.az.20.01.2021. Bugün qanlı Yanvar hadisələrindən 31 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun törətdiyi qırğına məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.

Düz 31 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq və şanlı tarixi səhifələrindən biri olan 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaqdır.

Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli əsgər və zabitlərinin Böyük Vətən Müharibəsində göstərdiyi möhtəşəm tarixi qələbə 20 yanvarda müstəqilliyimiz və azadlığımız uğrunda şəhid olmuş oğul və qızlarımızın qəhrəmanlığının davamıdır.

İstər müstəqilliyimizin bünövrəsini qoyan 20 Yanvar faciəsinin günahsız qurbanlarının, istərsə də Vətən müharibəsi şəhidləriinin ruhları qarşısında baş əyir, onların əziz xatirələrini dərin ehtiramla anırıq.

Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

Hər bir şəhidimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq və qədirbilən xalqımız tərəfindən heç bir zaman unudulmayacaqdır .

Səbinə Xasayeva-Milli Məclisin deputatı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR