ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Xəyal Bəşirov yazır: Şəhidlər niyə unudulmur və onları unudanların aqibəti

20-01-2021, 22:32



Newscenter.az.20.01.2021. Şəhidlər unudulmur!

Bəli, unudulmur, təkcə ona görə yox ki, onlar xalqımızın, dövlətimizin və dövlətçiliyimizin qan yaddaşıdırlar! Azərbaycan dövlətinin məhvinə və xalqının qətliamına verilmiş fərman kağızlarında yazılanları özlərinin müqəddəs qanları ilə qırmızıya boyayaraq oxunmaz hala gətirənlərimizdirlər!

Təkcə ona görə də yox ki, onlar bizim milli kimliyimizin kədərli üzüdürlər, faciə tariximizdirlər və təqvimimizdəki qara günlərdirlər!
Hər bir xalqın və dövlətin faciələri olur, qanla yazılmış qara təqvimləri yazılır, onların bir xalq olaraq mövcudluqlarını ciddi şəkildə təhdid edən tarixi anları baş verir və onları bəşər tarixinin dolanbac səhifələrində ağır sınaqdan çıxaran sətirləri yazılır! Ancaq faciə bu deyil!
Əsl qara tarix və faciəvi yaddaş odur ki, bir çox xalqlar və dövlətlər bu ciddi və təhlükəli sınaq mərhələsindən üzüağ keçə bilmir, əyilir, sınır və özünün tökülən o qanında boğularaq dünya tarixinin çox xırda hərflərlə yazılmış arxada qalan səhifələrində itib batır! O xalqdan heç bir nümayəndə qalmadığı üçün, ona aid geridə qalmış həmin səhifləri heç kim vərəqləmir və ona aid sətirlərə kimsə göz gəzdirmir! Bax əsl dəhşətli və unudulmaz faciə budur!

Azərbaycan xalqı da, bu günə qədər çoxlu sınaqlardan və faciələrdən keçmişdir! Bunlardan biri də, xalqımızın milli kimliyinə, onun şanlı tarixinə və mövcudluğuna uzanan əllərin və tuşlanan silahların qan tökdüyü unudulmaz 20 Yanvar tarixidir! Qanlı Yanvar!
Biz, güclü xalq olaraq, o tarixi bir gün də və bir an da olsun unutmadıq və unutdurmadılar! Çünki, unutmamaqla biz bir xalq və dövlət olaraq hər gün gücləndik, hər gün inkişaf etdik, hər gün irəliyə boylandıq və məqamı gözlədik! Eyni ilə, Qarabağımıza, Şuşamıza, Xocalımıza və digər doğma torpaqlarımızın qısasına görə, 27 sentyabrı gözlədiyimiz kimi!

Vaxt gəldi, vədə yetişdi və o unudulmaz məqam çatdı, hamımız bir iradə, bir güc və bir yumruq ətrafında birləşərək unutmadığımız o qaranlıq təqvim günlərini, özünün göz qamaşdırıcı şüaları ilə işıqlandıran qələbəli günlərimizlə əvəz etdik! Bunu biz, bir xalq və dövlət olaraq birlikdə etdik!

Ancaq, o tarixi missiyamız hələ ki, bitməyibdir! Öz sinələrini o qanlı imperiyanın tuşlanmış silahlarına dayayaraq müqəddəs qanları ilə şanlı müstəqillik tariximizi yazan şəhidlərimizin qisası! Müqəddəs nəşləri ilə, xalqımızı onun suverenliyindən ayıran qan dənizində körpü yaradaraq imperiyanın əsarəti olan sahildən, əbədi müstəqillik olan digər sahilə keçirən Qanlı yanvar şəhidlərimizin intiqamını almaq missiyası!
Bu missiya hazırda bizim ən müqəddəs borcumuzdur! O növbəti şanlı məqam yetişənədək ancaq güclənərək, daim inkişaf edərək və yalnız irəliyə gedərək məqamı gözləmək! Məqamı çatanda da, o günü bizə yaşadanların və o silahların bizə tuşlanma əmrini verənlərin layiqli cəzaya çatmalarına nail olmaqla, həmin gündə şəhadətə yüksələn şəhidlərimizin ruhlarının qürurlanmasına, sevinməsinə və şad olmasına nail olmalıyıq!

Uca Tanrı xalqımızı və dövlətimizi qorusun və tezliklə o günü bizə nəsib etsin!

Xəyal Bəşirov-siyasi ekspert

Oxşar xəbərlər
SON XƏBƏRLƏR