Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat şəhid ailəsinin xahişini həyata keçirdi

Deputat şəhid ailəsinin xahişini həyata keçirdi


Newscenter.az.21.01.2021. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Millət vəkili Anar Məmmədov şəhid ailəsinin xahişini ən qısa zamanda həll edib.

Newscenter.az xəbər verir ki, Anar Məmmədov bu barədə özünün facebook səhifəsində məlumat verib.

Bildirib ki, artıq bir müddətdir təmsil etdiyi 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə şəhid olmuş igid Azərbaycan oğullarının məzarını ziyarət edir, onların ailələri ilə görüşür:

“Növbəti dəfə Goranboy rayonu Veyisli kəndində şəhidlərimizin məzarını ziyarət etdik, şəhid ailələrinin qayğıları ilə maraqlandıq. Söhbət zamanı şəhid valideynləri və kənd ağsaqqalları hər iki şəhid ailəsinin yaşadığı küçədə yolun vəziyyətinin istifadə üçün yararsız olduğunu bildirdilər və bizdən küçələrə qır tökülməsini xahiş etdilər. Biz də dərhal tapşırıq verərək, küçəyə qır tökülməsini təmin etdik. Bir daha bütün seçicilərimizi əmin etmək istəyirəm ki, bizə ünvanlamış olduğunuz müraciətlərin həlli istiqamətində addımlar atılır, səlahiyyətimiz çərçivəsində bəzi məsələlərin araşdırılması isə nəzarətə götürülür”.

Millət vəkili qeyd edib ki, seçiciləri narahat edən məsələlərin həlli üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Anar

Xəbəri paylaş