ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prokurorluğun həbs etdiyi İntiqam Abışov fermerlikdən necə baş sanepidemioloq olub?

23-01-2021, 16:25



Newscenter.az.23.01.2021. Ötən gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun həbsi ehtimal ki, pandemiya ilə mübarizə tədbirləri sahəsində yeyintilərlə bağlıdır. Amma mümkündür ki, kənd təsərrüfatı sahələrinə ayrılan subsidiyalarla da bağlı olsun.

Newscenter.az-ın xəbərinə görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, İntiqam Mirzağa oğlu Abuşov Salyanda onlarla hektar torpaq sahibidir, 2001-ci ilin martında qeydiyyatdan keçmiş və rayonun Arbatan kəndində fəaliyyət göstərən

"İNTİQAM" KƏNDLİ /FERMER/ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. Fermerin rayonun baş sanepidemioloqu vəzifəsinə təyinatı əlbəttə ki, icra başçısı ilə əlaqələri və anlaşması sayəsində mümkün olub. Mərkəz direktoru özünün iri pambıqçılıq təsərrüfatı üçün dövlətdən mütəmadi olaraq subsidiya alıb, "Leqno-İmişli" MMC-nin əsas pambıq tədarükçülərindən biri kimi tanınır. "Leqno-İmişli" onun təsərrüfatına pambıq tədarükü üçün illik 20 milyon manatdan artıq vəsait ödəyib.

Baş Prokurorluğun bir az əvvəl yaydığı məlumata görə, İntiqam Abuşov həkimlərin maaşını mənimsəyirmiş, ona qarşı Cinayət Məcəlləsinin
308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR