ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

24-01-2021, 00:02



Newscenter.az.24.01.2021. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” "NTV"-yə istinadən xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

Newscenter.az xəbər verir ki, qətlə yetirilən Azərbaycan vətəndaşı Fərman İsmayılovdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR