Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Altay yazır: "Bizə müharibədəki kimi ümummilli dövlət-xalq birliyi lazımdır"



Newscenter.az.14.02.2021. Qarabağ torpaqlarımızın işğaldan azadlığı, zəfərli və tarixi Vətən Müharibəmizdən 3 ay vaxt keçir. Gəlin, bu dövrə qısa təhlilli nəzər salaq. Müharibədən ötən 2 ay, yəni, ilin son noyabr-dekabr dövründə dövlətimiz, xalqımız heç də, qələbə sonrası dinc rahatlıq, boşluq təəssüratına düşmədi. Ölkə həminki coşqun müharibə mübarizə inersiya, tempi ilə də, 3 əsas istiqamətdə irəliləyişinə davam etdi:

-müharibədən əldə edilən mövqelərin (15 % ərazi, 9 rayon) hərbi, təhlükəsizlik, inzibati, kommunikasiya, nəqliyyat, iqtisadi, tikinti və s. cəhətdən bərkidilib möhkəmləndirilməsi,
- qalan 5 % Xankəndi DQ bölgəsinin siyasi, diplomatik, hüquqi, iqtisadi həlli,
- müharibədən aldığımız bir çox yaraların bərpası, şəhid ailələri və qazilərimiz, müharibə veteranlarrımız barədə qayğılı tədbirlər üzrə.

Yəni, dövlətin ardıcıl, planlı tədbirləri ilə həmin bu 3, ən mühüm, təxirsiz prosesin öz, davamlı və yüksələn templə relsində olduğu görünür.
Yeni ildən bəri son bir ay isə, dövlətin başçısı İlham Əliyevin dekabrın sonunda bəyan etdiyi kimi, ölkədə yüksək quruculuq dövrü başlayıb. Və əsas bu vacib istiqamətlər müşahidə edilir:

1. Müharibə və pandemiya təsirindən bir qədər enmiş iqtisadiyyatın bərpası və eynilə də, neft və qeyri-neft sektorunda yeni proyektli yüksək təməlli inkişaf.
2. Dövlət quruculuğunda, idarəetmə sistemində köklü dəyişiklikərə doğru yönələn düşünülmüş, planlı və ardıcıl qanunvericilik, struktur, kadr və hüquq-qanunun aliliyi, ədalətin təminatı və sair.
3. Əhalinin ədalətli və firavan yaşamına doğru yönələn və nəticəsi də yuxarıdakı iki bənddəki dəyişikliyin həllinə bağlı, ancaq, bu gedişat və planla, dövlət rəhbərliyinin də ortaya qoyduğu "güclü qüdrətli dövlət, güclü fravan xalq" iradəsi ilə yaxın perspektivdə çox sürətli templə sosial rifah artımı istiqaməti.

Bu həyati vacib 3 prosesə güclü və stimullu start verilməyə hansı bir obyektiv əsas yaranıb və hansı səbəb mane olurdu? Sual oluna bilər.
Bu barədə şəxsi müşahidəm, analiz qənaətlər və fikirlərimi bildirim. Bu yeni və ölkə həyatına, gözlənilən və artıq başlanan əsil köklü sitemli dəyişikliklərə, sərbəst inkişafa əsas yaradan:

Qarabağın son 30 ildəki işğaldan və eynilə də, ümumi ölkəmizin bu ərəfədə 30 illik təsir-təzyiq və təhdid kimi girdabdan azad olmasıdır. Yəni, bu vacib ərəfədə dövlətimiz və prezident İlham Əliyevin rəhbərliyində bizim Azərbaycan nəinki, ərazimizin 20 faizini erməni işğalından, həm də qalan 80 faizini də, bizi illərlə sıxıntıda saxlayıb suverenliyimizi boğan mənfur qonşu "3-lükdən", onun təsir, təzyiqindən azad oldu. Azərbaycana NATO arxalı, potensial güclü, qardaş Türkiyənin gəlişi ilə regional təhlükəsizliyimiz təmin edildi.

Yəni biz, bu 30 ildə xarici təsir, təzyiq, təhdid və sıxıntının içində olmuşuq, buna son qoyulubdur. Bununla artıq, bizim Azərbaycanın tarixi dönüş erası başlanır. Biz məhz, bu yeni, 2021-ci ildən tam həqiqi real suverenliyin yüksək və xöşbəxt real nəticələrini və ötən 30 illə fərqini görəcəyik.

Sual olunar, yuxarıdakı 3 bənd: iqtisadi inkişaf, idarəetmə sistem dəyişikliyi və əhalinin sosial ədalət və rifahının artımı üçün, bu xarici, həyati vacib əsas bəs edirmi, nəsə vacib qalırmı? Xeyr, bəs etmir, vacib daxili bir problemimiz də qalır.

Ölkənin, idarəçiliyin harın, vicdsansız rüşvətxor məmurlardan, iqtisadiyyatı və daha neçə başqa sahələri monpoliyaya alıb əhalinin yaşamını da, və dövlətin büdcəsini də çökdürən korrupsioner oliqarxlardan və eləcə də, ölkəni və həm dövləti də təhdidli, silkələmək səviyyəsinə yetmiş, bəzi antiazərbaycan dövlətlərə bağantılı, "5-ci kolon" məmur şəbəkəsindən tam təmizlənməsi qalır!

Ölkə inkişafı qarşısını kəsən bu, son, "qara daşı" da aradan götürsək, güclü dövlət və zəhmətkeş xalq olaraq, azad, sərbəst irəliyə gedərik. Bizim Azərbaycan nəinki Qafqaz regionunun, həm də Şərq, Türk və Müsəlman dünyasının ən inkişaflı və rifahlı qabaqcıl ölkələrindən ola bilər. Bunun üçün bizdə hər əsas var və yalnız müharibədəki kimi, qəti, ümummilli dövlət-xalq birliyi lazımdır.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş