Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəzifə düşkünləri üçün bir maraq var, dəbdəbəli həyat



Newscenter.az.22.02.2021. İşindən vəzifəsindən aslı olmayaraq hər bir şəxsin bir məqsədi olmalıdır, Dövlət və Dövlətcilik marağı. Əfsuslar olsun ki, bəzi vəzifəyə təyin edilmiş şəxslər cox vaxt etimadı doğrultmur, təyin edilmiş vəzifəsinin öhdəsindən gəlmək istəmirlər, ancaq həyat düşüncələri dəbdəbəli həyat, 2-3 xidməti avtomobil, xan otağı kimi bəzədlimiş xidməti otaqlarına üstünlük verirlər.

Vəzifəyə təyin edilmiş şəxslərin ilk növbədə işgüzarlığı, savadı və Dövlətə, Millətə məhəbbəti olmalıdır. Təyin edilmiş vəzifələrinə uyğun qabaqlarına qoyduqları məqsədləri Qanunun aliliyinə riayət etməli, Ali Baş Komandanına sədaqətlə işini qurmalıdır.

Bəzi halda, rəhbər vəzifəyə təyin edilmiş şəxs özündə düşünür ki, bu gün dövlətin ona verdiyi səlahiyyətlə ona istədiyi neqativ addımlar atmasına yol acır. Ancaq əslində belə insanların düşüncəsi səhvdir, cünki hec bir əməl nəzarətsiz və cəzasız qalmır.

5-6 ay müddətində vəzifəyə təyin edilmiş işgüzar nüfuzu olmayan, savad anlamından kənar bir şəxs dar düşüncəsi səbəbindən, rəhbərlik etdiyi müəssisədə nöqsanların olmasına baxmayaraq, özü üçün xarici dövlətdə dincəlməyə üstünlük verdiyi halda, təcrübəsizliyi ilə qurduğu bir sistemi yenidən yoluna qoymaq üçün, rəhbər vəzifədə olan təcrübəli, savadlı və nüfuzlu bir insan gəlib həmin təcrübəsiz insanın səhvlərini düzəldəcəksə, bu halda sual yaranar ki, axı sən niyə dəbdəbəli həyatla yaşayıb xarici dövlətdə duncəldiyin halda, sənə həvalə edilmiş işi başqa bir təcrübəli və elimli rəhbər görməlidir. Ən azından hesab edirəm ki, həmin sərişdəsiz insan işi bilməməsi ucbatından öz xoş istirahətini kənara qoyub gəlib daha təcrübəli bir mütəxəsisin yanında oturub onun uzun illər qazandığı taktiki addımları öyrənməyə can atmalıdır. Xidməti otağının belə acarlarını özü ilə xaricə aparmamalıdır.

Bu hal doğurdanda gülməlidir. İnsanlar belə bir nüfuzsuz şəxsə baxdıqca artıq bilirlər ki, bu günki dövr savadsız və işgüzar olmayan insanların yeri deyil.

Bu gün Dövlətimizdə aparılan gəncləşmə siyasəti, savadlı kadrların irəli cəkilməsi kimi, cənab Prezidentimizin əsas prioritetlərindən biridir. Savadsız və təcrübəsiz bir mütəxəsislər hansı yollarlasa rəhbər vəzifəyə gətirilməsinə baxmayaraq, az bir müddətdə öz rəhbərlərinin qarşısında etimadı doğrultmadığına görə vəzifələrindən kənarlaşdırılırlar.

Uca Allah hər bir rəhbərimizi qorusun, Dövlətimizə, Millətimizə, Ali Baş Komandanımıza xidmətlərində cətin və şərəfli işlərində uğurlar diləyirəm.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş