Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda mağazadan 5600 manatlıq oğurluq edildi



Newscenter.az.27.02.2021. Bakıda mağazadan oğurluq edən şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4 812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılıblar.
Xəbəri paylaş