ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

27-02-2021, 18:57



Newscenter.az.27.02.2021. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qəbula yazılmış vətəndaşların müraciətini onlayn formatda dinləyib.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub.

Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sevinc

Oxşar xəbərlər
SON XƏBƏRLƏR