Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə seçicilərlə növbəti görüşünü keçirib-FOTOLAR



Newscenter.az.8.03.2021. Milli Məclisin deputatı Əminə Ağazadənin seçicilərlə görüşləri davam edir. Millət vəkilinin Kürdəmir rayonunda növbəti görüşü rayonun Çöhranlı kəndində baş tutub.

Newscenter.az xəbər verir ki, kənd əhalisi ilə səmimi keçən görüşdə seçkilərdən sonrakı müddət ərzində həm ölkəmizdə, həm də rayonda baş vermiş hadisələr müzakirə edilib, kəndin sosial-məişət məsələlərinin həlli istiqamətində görüləcək işlər haqqında fikir mübadiləsi aparılib.

Əminə Ağazadə kəndin içməli su probleminin həll istiqamətində gördüyü işlər barədə danışıb, müvafiq qurumlarla aparılan danışıqlar, layihələr haqqında ətraflı məlumat verib. Bundan əlavə, kəndin elektrik xəttlərində olan problemlərlə əlaqəli "Azərişıq" rəhbərliyi ilə görüş barədə seçiciləri məlumatlandılrlb.

Görüşdə iştirak edən kənd ağsaqalları, ictimaiyyətin nümayəndələri millət vəkilinə işlərində uğurlar arzulayıb, seçiilərin problemlərinə göstərdiyi həssaslığa görə ona təşəkkürlərini bildiriblər.

NEWSCENTER.AZ
Xəbəri paylaş