Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Gənclər Birliyinə yeni sədr seçilib



Newscenter.az.11.03.2021. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib.

Bu barədə YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib:

"Həmçinin Birliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.

İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.
Xəbəri paylaş