Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyona yaxınlaşır




Newscenter.az.31.03.2021. Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 509 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 509 746 nəfər yeni koronavirusa yoluxub, 8 855 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 877 462, ölənlərin isə 2 796 561 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Xəbəri paylaş