ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bu il Azərbaycandan həcc ziyarəti olmayacaq

1-04-2021, 13:52



Newscenter.az.1.04.2021. "Böyük ehtimalla bu il də Azərbaycandan Həcc ziyarəti olmayacaq".

Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

QMİ-dən qeyd olunub ki, bu gün üçün Həcc ziyarəti ilə bağlı hər hansı yenilik yoxdur:

“Vaxt azlığı da nəzərə alınsa, ehtimal var ki, bu il də ölkəmizdən ziyarət baş tutmayacaq. Amma hər an hər şey dəyişə də bilər”.

Qeyd edək ki, ötən il üçün də koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə baş tutmayıb.

Xatırladaq ki, ölkədə Qurban bayramı 20-21 iyulda qeyd olunacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR