Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid qardaşı itkin düşüb



Newscenter.az.3.04.2021. Salyanlı sakin itkin düşüb.

“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhəri H.Əliyev prospekti, bina 115, mənzil 12 ünvanında yaşayan, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

Ötən gün onu paytaxtın “Torqovı” adlanan ərazisində görənlər olub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki qüsurlu və 2-ci qrup əlildir.

Onu görənlərdən Salyan rayon polis şöbəsinə və bu nömrəyə zəng vurmaları xahiş olunur.

Tel: 051 768 66 89
Xəbəri paylaş