Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə vətəndaş qəbulu keçirib-FOTOLAR



Newscenter.az.5.04.2021. Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə təmsil etdiyi Aşağı Güzdək qəsəbəsində vətəndaşlarla fərdi qaydada səyyar formalı qəbul keçirib.

Newscenter.az xəbər verir ki, Abşeron rayonu Aşağı Güzdək, Hökməli, Qobu və Perekeşkül qəsəbələrindən olan 18 sakininin iştirak etdiyi səyyar qəbulda təhsil, sosial təminat, bank məsələləri, məşğulluq, infrastruktur, kommunal xidmətlər kimi bir neçə digər sahə ətrafında müraciətlər dinlənilərək, qeydə alındığı deputat Şahin Seyizadə öz sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, ötən mart ayında deputat tərəfindən təmil etdiyi Abşeron və Qobustan rayonlarında ümumilikdə 51 sakinin iştirak etdiyi fərdi vətəndaş qəbulu keçirilib.

NEWSCENTER.AZ

Xəbəri paylaş