Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlər Oxçuçay və Əhəng dağında ermənilərin ekoloji vandallığı ilə tanış olublar



Newscenter.az.7.04.2021. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Oxçuçay və Əhəng dağını ziyarət ediblər.

"Report"un məlumatına görə, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb: "Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. İşğal dövrünə kimi yataqda istismar işləri aparılmayıb".

Ş.Ataşov deyib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb: "Yataqda düşmən tərəfindən aparılan istismarın həcmi və dəymiş zərəri müəyyənləşdirmək üçün geoloji-təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib".
Xəbəri paylaş