Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Azərbaycanın Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq



Newscenter.az.7.04.2021. Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb. O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.
Xəbəri paylaş