ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İƏT-in Baş katibi: “Azərbaycan qalib gələrək tarix yazdı”

8-04-2021, 21:12



Newscenter.az.8.04.2021. “Qəbula və müharibədə qazandığı qələbəyə görə Azərbaycanı təbrik etmək istərdim”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Prezidentlə görüşmək şərəfinə nail oldum və onu təbrik etdim. Şükür ki, bu oldu. Bütün İƏT adından sizi təbrik etmək istəyirəm. Burada, həqiqətən, tarix yazılıb. Bu yalnız Azərbaycanın qələbəsi deyil, həm də müəyyən mənada bizim üçün qələbədir, çünki təşkilata üzv ölkələrdən biri ərazilərini geri qaytardı”, - o bildirib.

“Bu kabus bitdi, amma bu, hələ işin yarısıdır. Geri qaytarılan ərazilərin bərpası üçün çox şey edilməlidir”, - Baş katib əlavə edib.

Onun sözlərinə görə, infrastrukturun bərpası heç də az əhəmiyyət daşımayan məsələdir və kollektiv səylər tələb edir, buraya beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Valyuta Fondu və İslam İnkişaf Bankı cəlb olunmalıdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR