İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub
Tarix: 13-04-2021, 20:40
Newscenter.az.13.04.2021. Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.