Gürcüstanda zəlzələ olub
Tarix: 4-05-2021, 10:08
Newscenter.az.4.05.2021. Gürcüstanda 3,2 maqnitudalı zəlzələ baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 09:36-da Şida Kartli bölgəsinin Cava şəhəri yaxınlığında qeydə alınıb.