Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı ATƏT-in iclasında iştirak edəcək

Milli Məclisin deputatı ATƏT-in iclasında iştirak edəcək


Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in insan ölçüsü istiqaməti üzrə keçiriləcək “Beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının təşviqində və qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda iclasında iştirak etmək üçün aprelin 21-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, ATƏT strukturlarının, iştirakçı dövlətlərin, beynəlxalq təşkilatların, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi iclasda humanitar hüququn və insan hüquqlarının mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 24-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş