Newscenter.az.3.12.2018. MDB PA 48-ci plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edib. Bu barədə Newscenter.az-a məlumat verən millət vəkili Rüfət Quliyev deyib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev və Milli Məclisin MDB PA-da daimi nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov daxil idi.
İlk növbədə PA Şurasının iclası keçirilib. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Arif Rəhimzadə çıxış edib. Sonra PA daimi komisiyalarının iclasları baş tutub. Bundan sonra PA 48-ci plenar iclası öz işinə başlayıb. MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının iclasında komissiyanın sədr müavini Rüfət Quliyev çıxış edib. Komissiyanın iclasında təşkilati məsələlərə də baxılıb və Rüfət Quliyev yenidən komissiya sədrinin müavini seçilib.
İclasın ikinci günündə azərbaycanlı deputat Arif Rəhimzadənin moderator olduğu beynəlxalq konfrans keçirilib.
Sonda MDB PA-da uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Aydın Cəfərov “Drevo drujbı” Qızıl medalı və Rüfət Quliyev “Sodrujestvo” ordeni ilə təltif ediliblər.