Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İrəli” daha bir layihəyə yekun vurdu

 “İrəli” daha bir layihəyə yekun vurdu


Newscenter.az.10.12.2018.
“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub.

Newscenter.az-a İctimai Birlikdən daxil olan məlumata görə, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. “İrəli” İctimai Birliyiin sədri MirHəsən Seyidov çıxış edərək bildirib: “Bu kimi intellektual yarışların keçirilməsi gənclərin bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir. Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai rayonunun, “Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan MR, “Nə, harada, nə zaman?”, “Xəmsə” oyunu üzrə isə Abşeron komandasının gənc intellektualları qalib adını qazanaraq, birincilik əldə ediblər.

Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.
Xəbəri paylaş