Newscenter.az.24.12.2018. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı nəşr edilib. Newscenter.az-a bildirilib ki, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan topluda universitet həyatının bütün sahələrini tənzimləyən 31-ə qədər sənəd mövzular üzrə 6 bölmədə verilib. Kitab İnstitutun idarəetmə orqanları, strukturu, elmi fəaliyyəti, mütəxəssis və elmi-pedaqoji kadr hazırlığının səviyələri, tədrisin təşkili və müəssisədaxili nizam-intizama dair əsasnamə, təlimat, qayda və məlumatları ehtiva edir.
Mövcud olan bölmə və strukturların fəaliyyətini tənzimləyən sənədlərin hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, İnstitutun Nizamnaməsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına istinad olunub.
Gələcəkdə İnstitutun fəaliyyət dairəsinin genişlənməsi, yeni struktur bölmələrinin yaradılması ilə mövcud əsasnamə və qaydaların təkmilləşdirilməsi, həmçinin yeni sənədlərin hazırlanması nəzərdə tutulub.
Kitab təhsil prosesi iştirakçılarının istifadəsi üçün nəzərdə tutulub.