
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin üçüncü görüşü bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində keçiriləcək görüşə xarici işlər naziri Hakan Fidan ev sahibliyi edəcək.
Görüşdə əsasən bölgəni silkələyən ABŞ/İsrail-İran müharibəsi kimi problemlərə regional həllər tapmaq məsələsinin müzakirə ediləcəyi gözlənilir. Nazirlərin böhranların şiddətlənməsinin qarşısını almaq və davamlı sülhün bərqərar olması üçün diplomatik təşəbbüsləri əlaqələndirmələri gözlənilir.
Qeyd edək ki, dördtərəfli mexanizm ilk dəfə nazir Hakan Fidan tərəfindən 18 mart 2026-cı ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən regional ölkələrin genişmiqyaslı görüşü zamanı irəli sürülüb. Ər-Riyaddakı həmkarları ilə ilkin təmasdan sonra Fidan 29 mart 2026-cı ildə Pakistanın paytaxtı İslamabadda keçirilən ikinci görüşdə iştirak edib.
Antalyadakı sammitdən əvvəl, prosesin texniki hazırlıqlarının bir hissəsi olaraq mövcud vəziyyəti qiymətləndirmək üçün 14 aprel 2026-cı ildə İslamabadda nazir müavini səviyyəsində görüş keçirilib.
Süleyman











































