
“Qısa müddətdə təsis olunmasına baxmayaraq Antalya Diplomatiya Forumu da artıq beynəlxalq platformaya çevrilib. Bakı forumları kimi Antalya Diplomatiya Forumu da müasir dünyamızı narahat edən məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Foruma təşrif buyurun dövlət və hökumət başçılarının sayının ildən-ilə artması bunun əyani sübutudur ”.
Bunları Newscenter.az- a Milli Məclisin deputatı İlham Məmmədov Antalya Diplomatiya Forumunun əhəmiyyətidən danışarkən səsləndirib. Millət vəkili deyib ki, Forumun əhəmiyyətli tərəflərindən biri də iştirakçı ölkələr arasında ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrin inkişafı üçün fürsətin yaranmasıdır:
“Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Türkiyə Prezidentinin dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfərə gedib. Forum çərçivəsində artıq dövlət başçımızın bir sıra ölkələrin rəhbərləri ilə görüşləri keçirilib. Bu kimi görüşlər Azərbaycanla ayrı-ayrı ölkələr arasında siyasi dialoqu genişləndirməklə yanaşı, eyni zamanda yeni əməkdaşlıq istiqamətləri müəyyən edilir. Həmçinin, xüsusilə vurğulamaq lazımdır ki, bu cür təmaslar həm regional, həm də qlobal səviyyədə Azərbaycanın tərəfdaşlıq şəbəkəsini genişləndirir”.
İlham Məmmədov onu da deyib ki, dövlət başçısının bu cür beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər, etdiyi çıxış həmçinin Cənubi Qafqaz regionunda baş verən proseslər, post-müharibə dövründə Qarabağ və Şərqi Zərngəzurda aparılan bərpa və quruculuq işlərinin beynəlxalq aləmə çatdırılması, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətindəki mövcud vəziyyət, eləcə də enerji sahəsində əməkdaşlıq imkanlarının təqdimatı baxımından əhəmiyyətlidir:
“Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir. Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə şübhəsiz ki, enerji resurslarının şaxələndirilməsi, alternativ enerji mənbələri və nəqli marşrutları ilə bağlı müzakirələr də aparılacaq, müəyyən razılaşmalar əldə olunacaq”.
Süleyman











































