Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eksternat imtahanlarının ilk mərhələsi keçirilib

Eksternat imtahanlarının ilk mərhələsi keçirilib


Newscenter.az.15.01.2019.
Yanvarın 14-də ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat imtahanlarının ilk mərhələsi keçirilib. Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.
Qeyd edək ki, iki mərhələdən ibarət olan eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.
R.Mehdiyeva
Xəbəri paylaş