Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quş qripi ilə bağlı növbəti monitorinq keçirilib

Quş qripi ilə bağlı növbəti monitorinq keçirilib


Newscenter.az.17.01.2019
. Yanvar ayının 14-dən 18-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilmiş qrafikə əsasən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər həyata keçirilir.

Agentlikdən Newscenter.az-a bildirilib ki, monitorinqlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin,Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının,Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmlikommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib.

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcək.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Orxan
Xəbəri paylaş