
Türkmənistan "vahid Çin" prinsipinə sadiqdir. Aşqabad Çinin ərazi bütövlüyünü dəstəkləyir.
Newscenter.az xəbər verir ki, bunu Türkmənistan xalqının ümummilli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov və Çin Baş nazirinin müavini Din Şuesyan arasında keçirilən görüş zamanı deyib.
Söhbət zamanı Şuesyan qeyd edib ki, təbii qaz sektorunda əməkdaşlıq Çin-Türkmənistan münasibətlərində qarşılıqlı faydalı əməkdaşlığın vacib sahələrindən biridir. O, həmçinin bu sahədə əməkdaşlığa daha çox diqqət yetirməyin və böyük layihələrin həyata keçirilməsini sürətləndirməyin vacibliyini qeyd edib.
Qurbanqulu Berdiməhəmmədov isə öz növbəsində bildirib ki, rəsmi Aşqabad Pekinlə əldə edilən razılaşmaları həyata keçirməyə və strateji əməkdaşlığı daha da gücləndirməyə həmişə hazırdır.
Anar











































