Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur

Beyləqan-Daşburun avtomobil yolu yenidən qurulur


Newscenter.az.18.01.2019. 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyəti Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki. sözügedən avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

Layihəyə uyğun olaraq 6700 kub.m. həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kub.m həcmdə deformasiyaya uğramış hissələri ekskovatorla qazılaraq çıxarılıb. Qazılmış hissələrin yenidən bərpası və tələb olunan hissələrdə yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kub.m həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kub.m torpaq yatağının tikintisi işləri aparılıb.

Layihəyə uyğun olaraq yolun çiyin hissələri 20 sm hündürlüyündə karxana çınqılı və optimal çınqıl materialı ilə bərkidilib, yol birləşmələri 720 kv.m sahədə təmir olunub.

Respublika əhəmiyyətli və III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5.3 km olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət 3 km-lik Şəfəq qəsəbəsinin daxilindən keçən və 2.3 km-lik ziyarətgaha gedən yoldan gedir.

Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10 km göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq
Xəbəri paylaş