Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Qarabağ münaqişəsinin həllində bircə addım da atmağa hazır deyil

Paşinyan Qarabağ münaqişəsinin həllində bircə addım da atmağa hazır deyil


Newscenter.az.23.01.2019. “Hiss olunur ki, "Qarabağ klanı" Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı son Davos görüşünü öz məqsədləri üçün istifadə etməyə çalışır. Klan ermənilər arasında şübhə toxumu səpməyə çalışır ki, guya Paşinyan "təslimçi sülhə" hazırlaşır”.

Newscenter.az.xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Paşinyan Qarabağ münaqişəsinin həllində bircə addım da atmağa hazır deyil və Davosda da heç bir razılaşnma qeydə alınmayıb:

“Buna baxmayaraq, "Qarabağ klanı" Paşinyanın mövqelərini zəiflətmək üçün bütün fürsətlərdən istifadə edir və edəcək, Azərbaycan prezidenti ilə görüş də bu qəbildəndir. "Qarabağ klanı" ondan da şübhəlidir ki, nədən onların hakimiyyətdəki dövrdən fərqli olaraq Nikol Paşinyanın hakimiyyəti dövründə cəbhə bölgəsində atəşkəsə riayət olunur, gərginlik yoxdur. Yəni demək istəyirlər ki, Azərbaycan hakimiyyətinin Paşinyana münasibəti eks-prezidentlər Serj Sərkisyana və Robert Köçəryana münasibətdən fərqlənir”.
Xəbəri paylaş