Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndi hər şey Ermənistanın sülhə nə qədər hazır olmasından asılıdır

İndi hər şey Ermənistanın sülhə nə qədər hazır olmasından asılıdır


"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün real imkanlar və şərait var. Hər halda indiki vəziyyət Qarabağda antiterror tədbirlərinin keçirilməsindən əvvəlki vəziyyətdən kəskin şəkildə fərqlənir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, o zaman sülh sazişi ilə bağlı ən problemli məsələ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi və bu xüsusda hansas beynəlxaq zənamən adı altında xarici qüvvələrin regiona yerləşdirilməsi istiqamətində Ermənistanın təkidlərindən ibarət idi:

"Antiterror tədbirlərindən sonra vəziyyət dəyişdi və həm Ermənistan, həm də beynəlxaq birlik Azərbaycanın hər hansı təzyiq vasitəsilə öz qərarlarından geri addım atmayacağını başa düşdü".

Politoloq deyib ki, hər halda indi hər şey Ermənistanın sülhə nə qədər hazır olmasından və xaricdən gələn təzyiqlərə hansı dərəcədə dirəniş göstərə biləcəyindən asılıdır:

"Əgər Paşinyan münaqişənin davam etməsinin özünün Cənubi Qafqaz maraqlarının təmin etmək imkanı kimi görən Fransa kimi ölkələrin maraqlarından çıxış etmək əvəzinə Ermənistan maraqlarından çıxış edəcəksə o zaman sülhlə bağlı həra hansı problem qalmayacaq".

Süleyman
Xəbəri paylaş