Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MOK-da media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb

MOK-da media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb


Newscenter.az.22.02.2019. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə Bakıda "Rəqəmsal Media və Kommunikasiya" mövzusunda seminara start verilib.

Newscenter.az-a MOK-dan daxil olan məlumata görə, seminarın məqsədi sosial media platformaları vasitəsilə Milli Olimpiya Komitələri həyata keçirdiyi fəaliyyətləri və tədbirləri təbliğ etməyin yolları öyrənmək, hazırki trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanmasında innovativ üsulların öyrənilməsidir. Seminar çərçivəsində müxtəlif hadisələrə əsasən kommunikasiyanın aparılması metodları və krizis kommunikasiyasının idarə olunması metodları müzakirə olunacaq. Əlavə olaraq, video və foto materialların düzgün hazırlanmaq və auditoriyaya təqdim olunması üsullarının izahı da təlim proqramına daxildir.

Tədbirin giriş sözü ilə açan MOK Azərbaycanın Marketinq Direktoru Mehman Kərimov regional seminarın movzüsu və tarixçəsi haqda iştirakçılara məlumat verdi. Çıxışının sonunda belə bir imkanın yaradılmasına görə Olimpiya Həmrəyliyi Fonduna təşəkkürünü bildirən Kərimov seminarın Olimpiya Komitələri arasinda sosial media və digər sahələrdə əməkdaşlığının güclənməsinə təkan verəcəyinə ümidvar olduğunu söylədi.

Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Moldova, Ukrayna, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Serbiya və Belarusiya Milli Olimpiya Komitələrinin media və kommunikasiya mütəxəssislərinin qatıldığı seminar 3 gün davam edəcək. İnteraktiv sminar ilə yanaşı iştirakçılar Bakı Media Mərkəzinə səfər edəcək, real sosial media kompaniyalarından danışacaqlar.
Xəbəri paylaş