Newscenter.az.1.03.2019. Gənclər və İdman Nazirliyində “5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə əlaqədar idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adların verilməsi mərasimi baş tutub.
Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, tədbirdə çıxış edən nazir müavini İsmayıl İsmayılov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycan idmanının inkiafı, idmançıların həyat şəraitinin yaxşılaşdırılması üçün diqqət və qayğısını əsirgəmədiyin, onlara qayğı göstərdiyini deyib.
Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı, müəssisə və təşkilatlarda kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərini, Respublika miqyaslı yarışları yüksək səviyyədə idarə etdiklərini, məşqçilik sahəsində uzun illər fəaliyyət göstərdiklərini və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərini nəzərə alaraq, eləcə də, müvafiq idman təşkilatları, rayon (şəhər) gənclər və idman idarələrinin təqdimatlarına və 2017-2020-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyası qərarına əsasən:20 nəfər idman mütəxəssisinə «Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi», 40 nəfər məşqçi-müəllimlərə müxtəlif idman növləri üzrə «Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 4 nəfərə «Respublika dərəcəli hakim»,5 idmançıya isə «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası» fəxri adları verilib.