Newscenter.az.15.03.2019. Siçanabənzər gəmiricilər Tərtər, Ağcabədi, Ağdam, Samux, Şəmkir, Tovuz, Cəlilabad, Biləsuvar, Saatlı, şimalda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qobustan ərazilərində yayılıb.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, aqrotexniki mübarizə tədbirləri kimi xam yerlər və dincə qoyulmuş torpaqlar şumlanmalı, suvarılmalı, mərzlər, yol və arx kənarları bellənməli, tarla alaqdan təmizlənməli, payızda dərin şum aparılmalı, dondurma şumu verilməli, zərərvericilərlə sirayətlənmiş sahə dincə qoyulmalı, sonra isə həmin sahədə 2 il payızlıq taxıl əkilməlidir.