Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron dərslik portalına giriş sayı 621661-ə çatıb

 Elektron dərslik portalına giriş sayı 621661-ə çatıb


Newscenter.az.3.04.2019. Cari ilin ilk üç ayında Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı 621 661, səhifələrə ümumi baxış sayı isə 4 766 982 təşkil edib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin göstəricilərindən 2 dəfə artıqdır. Belə ki, ötən ilin ilk üç ayında portala giriş sayı 333 957, səhifələrə ümumi baxış sayı isə 2 337 206 olub.

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib.

Portala həmçinin 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib.
Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib.
Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb.
Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur.
Xəbəri paylaş