Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taksidə siqaret çəkənləri polis cərimələyəcək

Taksidə siqaret çəkənləri polis cərimələyəcək


Newscenter.az.15.04.2019. Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərman taksidə siqaret çəkənlərin hansı dövlət qurumu tərəfindən cərimələnməsini müəyyən edir.

Fərmana əsasən, taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək.

Qeyd edək ki, bu cərimənin məbləği 40 manatdan 50 manatadəkdir.
Xəbəri paylaş