Newscenter.az.24.04.2019. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda aidiyyəti qurumların təqdim edikləri illik hesabatlar əsasında “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair, eyni zamanda 2013-2018-ci illərin statistik məlumatlarını özündə əks etdirən "Ölkə Məruzəsi”nin elektron forması hazırlanıb.
Newscenter.az xəbər verir ki, məruzədə ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirlər, narkotiklərlə əlaqəli qanun pozuntularının ümumi statistikası, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin həcmini və dinamikasını əks etdirən müxtəlif diaqramlar, müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin məhvetmə prosesi, o cümlədən beynəlxalq təşkilatlarla aparılan iş öz əksini tapıb.