Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəd hadisələrə sevinməyi bizim insanımıza heç cürə yaraşdıra bilmirəm

Bəd hadisələrə sevinməyi bizim insanımıza heç cürə yaraşdıra bilmirəm


Newscenter.az.26.04.2019. "Bu gün "Formula-1" bolidlərinin sərbəst yürüşü zamanı yaranan qəzanı qeyri-adi bir hadisə kimi qələmə vermək sarkazm, lağ predmetinə çevirmək lazım deyil. Bu cür texniki-təşkilati qəzalara, nasazlıqlara, insidentlərə "Formula-1"-in tarixində əvvəllər də dəfələrlə rast gəlinib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, bunu təsdiqləyən real faktları sözügedən mötəbər beynəlxalq yarışmanın tarixi ilə maraqlanan istənilən şəxs çox asanlıqla araşdırıb üzə çıxara bilər:

"Ona görə də, bu gün baş verən bu xoşagəlməz hadisəyə görə təəssüflənmək əvəzinə, bəzilərinin sosial şəbəkələrdə lağlağı statuslar paylaşmasını, "qara yumor" hissi ilə vəcdə gəlməsini, sevincək olmasını, sözün açığı, doğru saymıram. Bizim insanımız işıqlı insandır. Odur ki, bəd hadisələrə sevinməyi bizim insanımıza heç cürə yaraşdıra bilmirəm".
Xəbəri paylaş