Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir çox məmurlar öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər

Bir çox məmurlar öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər


Newscenter.az.26.04.2019. Artıq bir neçə ildir ki, ölkədə müsbət tendensiyalar müşahidə edilir. Dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlar, müxtəlif sahələrdə həyata keçirdiyi məqsədyönlü islahatlar ölkənin daha da inkişafına zəmin yaradıb, tərəqqiyə, yüksəlişə yol açıb. Xüsusilə, bu müsbət tendensiya son bir ildə özünü daha qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin keçən ilin aprelində növbəti dəfə ölkə başçısı seçilməsindən sonra sürətlənən bu proseslər müəyyən təbəqəni, daha dəqiq desək dövlət başçısının etimadını doğrultmayan, xalqla, vətəndaşla işləməyi bacarmayan, vəzifəsindən sui-istifadə edərək süni şəkildə narazılıq yaradan, bütün bunların fonunda isə tutduğu postdan uzaqlaşdırılan bəzi eks məmurları qane etməsə də, lakin ümumilikdə xalq, cəmiyyət dövlət başçısndan, xüsusilə də onun həyata keçirdiyi islahatlardan tam mənada razıdır. Çünki görülən işlər, həyata keçirilən islahatlar ilk növbədə vətəndaş məmnunluğu, insanların rahatlığı üçündür. Təkcə son bir il ərzində qeyd edilən istiqamətlərdə atılan addımlar fonunda bunu aydın görmək mümkündür. Elə əksər ekspertlər bu qənaətdədirlər.

"Ekonomiks" Beynəlxalq İqtisadi Ataşdırmalar Birliyinin rəhbəri, iqtisadçı ekspert Fikrət Yusifov deyir ki, prezident seçkilərindən ötən bir il ərzində ölkədə çox böyük kadr islahatları aparıldı. Onun sözlərinə görə, öz vəzifəsinin öhdəsindən gələ bilməyən bəzi kadrlar yola salındı ki, bunların arasında yaşla bağlı olanlarla yanaşı, etimadı doğrultmayanlar da var idi:

"Əslində elə vəzifədən uzaqlaşdırılan yaşlı kadrların da demək olar ki, hamısı artıq öz vəzifələrinin öhdəsindən gələ bilməyənlər idi". Fikrət Yusifov deyib ki, prezident ölkə iqtisadiyyatının yeni - daha sürətli inkişaf yoluna çıxarmasına start verib. Belə olan halda heç şübhəsiz onun komandasında etimadı doğrultmayanlara, xəyanət edənlərə yer olmayacaq. Belələrinin bir çoxu artıq yola salınsa da bu prossesin bundan sonra daha intensiv bir şəkildə davam edəcəyi gözlənilir. Ölkə başçısı yeni iqtisadi islahatlarla - neftdən asılı olmayan bir iqtisadiyyat formalaşdırmaq niyyətini reallaşdırır. Bu istiqamətdə son dörd ilə yaxın vaxt ərzində kifayət qədər böyük işlər görülüb - strateji yol xəritələri daxil mümkün olan bütün qərarlar qəbul olunub. Ancaq təəssüflə də olsa demək lazımdır ki, bu gün qeyri-neft sektorundan ixracımızın həcmində hər kəsin 3 - 4 il bundan əvvəl gözlədiyi nəticələrədən çox uzaqdayıq. Bu isə icraçıların səriştəsizliyindən, Nazirlər Kabinetinin fəaliyyətindəki ətalətdən doğan bir haldır. İndiki dönəmdə Prezidentin etimad etdiyi hər kəs vəzifə başında maksimum səmərə ilə gecə-gündüz çalışmalıdır. Əks halda uğur qazanmaq mümkün deyil. Bu gün Prezident öz üzərinə düşəndən çox - çox artıq bir yük çəkir. Onun məqsədi Azərbaycanın qeyri-neft iqtisadiyyatını lazım olan bir səviyyəyə qaldırmaqdır. Kənardan bir müşahidəçi kimi deyə bilərəm ki, hələ də vəzifə başında oturan bir çox məmurlar var ki, öz işlərini ölkə başçısının qoyduğu tələblərə uyğun səviyyədə qura bilmirlər. Onlar ya bunu bacarmır, ya da nə olursa olsun "məndən uzaq olsun" deyib, maksimum öz kürsülərini qorumağa çalışırlar. Belələri unutmamalıdırlar ki, bu şəkildə fəaliyyət onların sonunu daha tez yaxınlaşdırır".

İqtisadçı qeyd edib ki, bu bir il ərzində daha aktiv fəaliyyəti Vergilər Nazirliyi sərgilədi. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi də əhalinin sosial məsələlərinin həlli yolunda aktivlik nümayiş etdirdi: "Təəssüf ki, bunu Kənd Təsərrüfatı nazirliyi barəsində demək mümkün deyil. Son aylarda ölkədə tərəvəzin qiymətlərinin sürətlə artması, 3 ay ərzində ət idxalının 40 faizə qədər çoxalması bu nazirlik üçün ciddi nöqsan kimi dəyərləndirilməlidi. Belə vəziyyətin yaranmasında Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyinin ötən illərdə apardığı yanlış və yarıtmaz işlərin rolu nə qədər böyük olsa da keçən bir ildə aqrar sektorda elə bir irəliləyiş nəzərə çarpmır".
Xəbəri paylaş