Newscenter.az.27.04.2019. "Avropa İttifaqı ilə ikitərəfli strateji tərəfdaşlıq sazişinin gecikdirilməsi ölkəmizdə bütün spektrlarda islahatların reallaşmamasına gətirir. Mütləq bu saziş bağlanılmalı, siyasi-iqtisadi və hüquqi islahatlara gedilməlidir".
Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Azərbaycanın regionda gedən demokratik dəyişikliklərdən kənarda qalması mümkün deyil:
"Ukraynada, Qazaxıstanda və Cənubi Qafqazın iki ölkəsində demokratik dəyişikliklər baş verdi. Artıq, bu dəyişikliklər qapımızı döyür, mütləq şəkildə demokratik açılıma gedilməli, Avropa İttifaqı ilə sazişə uyğun olaraq real islahtlara başlanılmalıdır".
Politoloq bildirib ki, bu gün dəyişən dünya düzənində siyasi-hərbi kataklizmlərin baş verdiyi regiondayıq:
"Ölkəmizin 20% əraziləri işğal altındadır. Ermənistanla diplomatik danışıqlar nəticə vermir. Proseslər imitasiya xarakteri alıb. İlk növbədə ölkəmizə şimal və cənubdan gələn təhlükələri önləmək üçün islahatlara gedib, Qərbin tam dəstəyini alıb, hərbi yolla torpaqlarımızı azad edə bilərik. Qərbdə Rusiyanın regionda zəiflədilməsi üçün bu müharibədə neytral qala bilər. Necə ki, aprel döyüşlərində səssizliyini qorudu. Ona görə də siyasi iradə nümayiş etdirsək, Qərb Gürcüstan və Ukraynada olduğu kimi separatçılara sanksiya tətbiq edəcək, Ermənistanı işğalı son verməyə məcbur edəcək. Avropa regionda Pribaltika modeli tətbiq etmək planına malikdir".