Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir

Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir


Newscenter.az.1.05.2019. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yoludur.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edəm Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə aparılır.

Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örütüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır.
Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m-dən çox sahəni əhatə edir.
Anar
Xəbəri paylaş