Newscenter.az.3.05.2019. Mayın 3-də 2016-2020-ci illəri əhatə edən Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi üzrə İstiqamətləndirici Komitənin üçüncü iclası keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev BMT ilə əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına qoşulduğunu, mühüm sənədlərin imzalandığını qeyd edib. Ölkəmizin 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayan İqtisadiyyat naziri təşkilatla və onun ixtisaslaşdırılmış qurumları ilə səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizin BMT ilə əməkdaşlığın inkişafında əhəmiyyətli addımdır.
Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan yoxsulluğa və aclığa qarşı mübarizədəki uğurlarına görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Cənub-Cənub” mükafatına layiq görülüb. Ölkəmiz dünyada 128 ölkə arasında az qidalanma sayının azaldılması məqsədinə nail olan 18 ölkədən biri olub. Bununla yanaşı, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən təşkil olunan “İctimai xidmətlərin təkmilləşdirilməsi” nominasiyası üzrə qalib olub.
Azərbaycanın qazandığı iqtisadi uğurlar digər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.
Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, 2015-ci ildə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qeyd edilib ki, 2019-cu ildə BMT-nin Baş Qərargahında keçiriləcək
Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan regionda ilk ölkə olaraq ikinci dəfə ölkəmiz tərəfindən dayanıqlı inkişaf məqsədlərinin icrası çərçivəsində müvafiq tematik mövzuya uyğun olaraq görülmüş işlərə dair hesabat təqdim ediləcəkdir.
Nazir Şahin Mustafayev BMT-Azərbaycan əlaqələrinin 2016-cı ilin iyul ayında imzalanan 2016-2020-ci illər üçün “Birləşmiş Millətlər Təşkilatı–Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi” ilə yeni mərhələyə qədəm qoyduğunu, sənədin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və Strateji Yol Xəritələri ilə uzlaşdırıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan üçün prioritet olaraq müəyyən edilmiş məqsəd, hədəf və göstəricilərin inkişaf gündəliyinə tam inteqrasiya edilməsi məqsədilə yeni - 2030-cu ilədək İnkişaf Gündəliyinin hazırlanması strateji əhəmiyyətə malikdir. Bu istiqamətdə böyük təcrübəsi olan BMT-nin İnkişaf Proqramının dəstəyi önəm kəsb edir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan Hökumətinin BMT-nin ölkə nümayəndəliyi ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq, BMT-Azərbaycan Tərəfdaşlıq üzrə Çərçivə Sənədinin icrasının aparılan sürətli islahatlara töhfə verəcəyini bildirib.
İstiqamətləndirici Komitənin iclası çərçivəsində UNAPF Yekun Qiymətləndirməsi üzrə Səlahiyyət Dairəsi Sənədi, UNAPF Nəticə Qrupları tərəfindən prioritet sahələr üzrə 2018-ci ildə görülmüş işlər və 2019-2020-ci illər üzrə müəyyənləşdirilmiş istiqamətlər üzrə təqdimatlar keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə Azərbaycan Hökuməti tərəfindən əlaqələndiricidi