Newscenter.az.6.05.2019. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, iclasda məcburi köçkünlərin qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən yeni mənzillərə köçürülməsi ilə bağlı bu ilin birinci rübündə görülmüş işlər, qarşıya çıxan çətinliklər barədə geniş müzakirə aparılıb. Bildirilib ki, hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə, 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, 8.485 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı qeydə alınıb.
Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb.
Zaur