Newscenter.az.6.05.2019. Müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkün statusu olmayan şəxslərin və ailələrin yaşaması faktları da aşkar edilir ki, bu da köçürülmə prosesində ciddi problemlərin yaranmasına gətirib çıxarır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclası zamanı verilib. Təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb. Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir. Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.
Zaur