Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Tarix: 6-05-2019, 10:00
Newscenter.az.6.05.2019. Mayın 5-də Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Newscenter.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, səfər Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.