Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə təhsilin Azərbaycan dilində aparılmasının tərəfdarıyam

Ölkədə təhsilin Azərbaycan dilində aparılmasının tərəfdarıyam


Newscenter.az.6.05.2019. Azərbaycanda rus dilinin statusu və rus məktəbləri ilə bağlı məsələnin aktuallığı qalmaqdadır. Mən də birmənalı şəkildə ölkədə təhsilin dövlət dilində - Azərbaycan dilində aparılmasının tərəfdarıyam.

Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, təəssüf hissi ilə qeyd edib ki, qanunvericiliyin əksinə olaraq, ölkədə təhsilin sırf rus dilində aparıldığı məktəblər qalmaqdadır:

"Sonra artmayıbsa, onların sayı bir müddət əvvəl 15 idi. Həmin məktəblərin də əksəriyyəti rayonlarda fəaliyyət göstərir. Bu, əlbəttə ki, təəssüf doğurur və bu vəziyyətin dəyişməsi üçün addımların atılması vacibdir. Doğulub böyüdüyüm Quba şəhərində fəaliyyət göstərən 3 saylı məktəbdə də tədris sırf rus dilində aparılır. Yəni rayonun bir neçə məktəbində Azərbaycan və rus bölmələri olsa da, 3 saylı məktəb tam "rusdillidir". Ancaq aldığım məlumata görə, Təhsil Nazirliyi Qubadakı 3 saylı məktəbdə Azərbaycan bölməsinin açılması istiqamətində hərəkətə keçib".

Ekspert hesab edir ki, böyük ehtimalla, yeni tədris ilinə qədər bu işlər tamamlanacaq:

"Çox arzuolunandır ki, tək Qubadakı o məktəbdə deyil, bütün rusdilli məktəblərdə Azərbaycan bölməsi açılsın. Yekunda isə tədris ümumiyyətlə, Azərbaycan dilinə keçirilsin. Cəmiyyətin davamlı reaksiyası da bu məsələyə təkan verə bilər".
Xəbəri paylaş